top of page

Dil / Dodag

DİL XƏRÇƏNGİ 
 

Dil xərçəngi dilin ön üçdə iki hissəsində formalaşan ağız xərçəngi növüdür. Dilin arxa üçdə bir hissəsində əmələ gələn xərçəng baş və boyun xərçəngi növü hesab edilir.

Dil xərçəngi, adətən, dilin səthini örtən nazik, düz və yapışqan hüceyrələrdə inkişaf edir.

Dil xərçənginin ümumi simptomları

Dil xərçənginin simptomları ağız xərçənginin digər növlərinin simptomlarına çox bənzəyir. Bir çox hallarda dil xərçənginin keçib getməyən soyuqdəymə və ya ağızda xroniki yara ilə qarışdırılması mümkündür. Dil xərçənginin digər simptomları aşağıdakılar ola bilər:

  • Dildə və (və ya) çənədə xroniki ağrı

  • Ağızdaxili şiş və ya qalınlaşma

  • Diş ətlərində, dildə, badamcıq vəzisində və ya ağız daxilində ağ və ya qırmızı ləkə

  • Boğazgəlmə və ya boğazda sanki keçib getməyən bir şeyin qalmış olması hissi

  • Çətinliklə udqunma və ya çeynəmə

  • Çənə və ya dilin çətinliklə hərəkət etdirilməsi
     

QEYD: Bu simptomlar xərçəngdən başqa bir sıra vəziyyətlərlə əlaqədar ola bilər. Düzgün diaqnoz qoyulması üçün tibb mütəxəssisindən məsləhət almaq zəruridir.

Dil xərçənginin müasir müalicə üsulları

Dil xərçənginin ümumi müalicəsinə aşağıdakılar daxildir:

Cərrahiyyə əməliyyatı: Şişin kəsilib götürülməsi boynun ölçü və şəkillərindən asılı olaraq şişin dildən tamamilə çıxarılması və potensial limfa düyününün yarılması əməliyyatını əhatə edir.

Şüa terapiyası: Sizin şüa müalicəsi aparan onkoloqunuz iynə ucu dəqiqliyi ilə yüksək dozada şüadan istifadə etməklə, dilin xərçəngə məruz qalmış toxumalarına şüa terapiyası tətbiq edəcəkdir. Bu terapiya sağlam toxumanı ayırır və proseduraların vaxtını qısaldır.

Kimya terapiyası: Bir çox hallarda şüa terapiyası ilə birgə tətbiq edilir. Kimya terapiyasında bədəndəki bütün xərçəng hüceyrələrini məhv etmək məqsədi ilə xərçəngə qarşı dərman vasitələrindən istifadə edilir.Əgər xərçəng yaxınlıqdakı limfa düyünlərinə yayılıbsa, bu seçimdən istifadə edilə bilər. Xərçəng hüceyrələrinin müxtəlif inkişaf mərhələlərində onlara təsir etmək və dərmanlara qarşı dözümlülük ehtimalını azaltmaq üçün müxtəlif kimyaterapiya dərmanları birgə qəbul edilə bilər.

Hədəf dərman terapiyası: Hədəf dərman terapiyası xərçəngə məruz qalmış hüceyrələrin molekulyar səviyyədə inkişafına mane olmağı hədəfə alır. Bu terapiya metodu bir çox hallarda dil xərçənginin müalicəsi planının tərkib hissəsi olaraq, kimya terapiyası və (və ya) şüa terapiyası ilə birgə tətbiq edilir.

 

DODAG VƏ AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ
 

Ağız boşluğuna dodaqlar, sərt damaq (ağız damının ön sümüklü hissəsi), yumşaq damaq (ağız damının arxa əzələli hissəsi),retromolyar üçbucaq (ağıl dişlərinin arxasındakı nahiyə), dilin ön üçdə iki hissəsi, diş əti, ağızın selikli qişası (dodaq və yanaqların daxili örtüyü) və ağız dibi daxildir.

 

Dodaq və ağız boşluğu xərçəngi əksər hallarda yastı, dodaqları və ağız boşluğunu örtən nazik, düz hüceyrələrdən başlayır. Bu bədxassəli şiş yastı hüceyrəli karsinomaadlandırılır. Xərçəng böyüdükcə xərçəng hüceyrələri daha dərintoxumalara yayıla bilərlər. Yastı hüceyrəli karsinoma, adətən, leykoplagiya nahiyələrində (getməyən ağ hüceyrə ləkələri) inkişaf edir. Dodaq və ağız boşluğu xərçəngi baş və boyun xərçənginin bir növüdür. 


Tütün və alkoqoldan istifadə dodaq və ağız boşluğu xərçənginin riskinə təsir göstərə bilər.


Xəstələnmə riskini artıran hər hansı bir səbəb risk faktoru adlanır. Risk faktorunun çoxluğu o demək deyil ki, sizdə xərçəng xəstəliyiolacaq və əksinə, risk faktorunun sizdə olmaması xərçəng xəstəliyininolmayacağı demək deyildir.
 

Dodaq və ağız boşluğu xərçəngi üçün risk faktorlarına aşağıdakılar daxildir:
 

  • Tütün məhsullarından istifadə edilməsi

  • Alkoqoldan çoxlu istifadə

  • Uzun müddət təbii və ya süni gün işığına (məsələn, solyarilərdə) məruz qalma

  • Kişi cinsinə mənsub olma
     

Dodaq və ağız boşluğu xərçənginin əlamətlərinə dodaqlarda və ya ağızın içində yara və ya şişin olması aiddir.


Bu və digər əlamət və simptomlar dodaq və ağız boşluğu xərçəngindən və ya digər səbəblərdən yarana bilər:
 

  • Dodaqda və ya ağızın içində sağalmayan yaraların ağrısı

  • Dodaqlarda və ya diş ətində, yaxud ağız boşluğunda  şiş və ya qalınlaşmanın olması

  • Diş ətində, dildə və ya ağız örtüyündə ağ və ya qırmızı ləkələrin olması

  • Dodaqlarda və ya ağız boşluğunda qanama, ağrı və ya uyuşma hissinin olması

  • Səs dəyişməsi

  • Uyğun gəlməyən diş və ya protezlərin olması.

  • Çətinliklə çeynəmə və ya udma, yaxud dilin və ya çənənin çətinliklə hərəkət etdirilməsi

  • Çənənin şişməsi

  • Boğaz ağrısı və ya boğazdanəyinsə qalması hissi.
     

Dodaq və ağız boşluğu xərçənginin heç bir simptomu olmaya bilər və bəzən adi diş müayinəsi zamanı aşkarlana bilər. 


Müalicəsi
 

Cərrahi
 

Cərrahiyyə - dodaq və ağız boşluğu xərçənginin bütün mərhələləri üçün ümumi müalicə növüdür. Cərrahiyyəyə  aşağıdakılar daxil ola bilər:
 

 

Cərrahın cərrahi əməliyyatı zamanı gözlə görünən bütün xərçəngi kəsib götürdüyü zaman belə, qalan xərçəng hüceyrələrini məhv etmək üçün bəzi xəstələrə cərrahi əməliyyatdan sonra kimyəvi terapiya və ya şüa terapiyası verilə bilər.

bottom of page