QALXANABƏNZƏR VƏZİNİN XƏRÇƏNGİ
Big Thyroid
Normal Thyroid
Big Thyroid
Thyroid with lymphodissection
Normal Thyroid
Normal Thyroid
Thyroid with lymphodissection
Qalxanabənzər vəzi
T3 və T4 hormonları orqanismin metabolik normasını tənzimləyir. T3 və T4-ün artıq olması sizi həddən çox aktiv edəcəkdir və siz çəki itirə bilərsiniz. Əgər sizdə bu hormonlardan kifayət qədər yoxdursa, siz özünüzü çox ləng hiss edəcəksiniz və sizin çəkiniz arta bilər.
Kalsitonin qanda kalsiumun səviyyəsinə nəzarət etməyə kömək edir. Kalsium elə bir mineral maddədir ki, o bədəndə möhkəm sümüklər qurmaq kimi bir sıra vacib funksiyaları icra edir.
Qalxanabənzər vəzi xərçənglərinin növləri
Qalxanabənzər vəzin dörd tip xərçəngi mövcuddur. Onlar aşağıdakılardır:
-
papillyar xərçəng – bu çox geniş yayılmış tipdir, hər beş haldan dördü bu tipə aiddir; bu adətən 40 yaşından az olan adamlarda, xüsusən də qadınlarda rast gəlinir
-
follikulyar xərçəng – təxminən qalxanabənzər vəzinin 10 halından birində rast gəlinir, yaşlı adamlarda rast gəlinmək tendensiyasına malikdir
-
qalxanabənzər vəzinin medullyar xərçəngi – təxminən 20 haldan birində rast gəlinir; digər qalxanabənzər vəzinin xərçənglərindən fərqli olaraq, qalxanabənzər vəzin medullyar xərçəngi ailələrdə baş verə bilir
-
qalxanabənzər vəzinin anaplastik xərçəngi – qalxanabənzər vəzin ən az rast gəlinən və ən aqressiv tipidir, 100 haldan birində bu növə rast gəlmək olur; ən çox 60-80 yaşlı qocalarda baş verir
Papillyar və follikulyar xərçənglər bəzən fərqləndirilən qalxanabənzər vəzinin xərcəngi də adlandırılır (FQX-lar), və onlar eyni yolla müalicə edilir.
Qalxanabənzər vəzin xərçənginin səbəbləri
Çox vaxt, qalxanabənzər vəzinin xərçənginin səbəbi məlum olmur. Amma sizdə xəstəliyin yaranmasına şərait yaradan bəzi risk amilləri mövcuddur.
Qalxanabənzər vəzin xərçənginin inkişafı üçün lazım olan beş əsas risk amilləri aşağıdakılardır:
-
qalxanabənzər vəzin vəziyyətləri
-
radiasiya təsiri
-
irsi genetik mutasiyalar
-
pəhriz
-
cins
İrsi genetik mutasiyalar
Mutasiyanın baş verdiyi iki növ irsi vəziyyət vardır:
-
ailəvi medullyar qalxanabənzər vəzinin xərçəngidir ki, (AMQX) – ailə üzvlərinin çoxuna təsir edir
-
tərkib hissəli endokrin neoplaziya (MEN) sindromu, 2A və 2B tipləridir ki, – burada da ailə üzvlərində bir sıra müxtəlif endokrin şişlər o cümlədən medullyar qalxanabənzər vəzinin şişləri yarana bilər.
Əgər sizin valideynlərinizdən birində qalxanabənzər vəzin medullyar xərçəngi tarixçəsi və ya MEN sindromu olarsa, onda siz mutasiya olunmuş genlərin olub-olmadığını bilmək üçün qan analizi verməlisiniz. Əgər analizin nəticəsi müsbət olarsa, onda ehtiyat tədbiri olaraq, sizə tövsiyyə ediləcəkdir ki, sizin qalxanabənzər vəziniz cərrahiyyə yolla çıxarılsın.
Pəhriz
Əgər sizin pəhrizinizə aşağı səviyyəli mikroelementlər, yod daxildirsə, onsa siz qalxanabənzər vəzinin yaranması üzrə artan risk altında olacaqsınız.
Cins
Qadınlarda qalxanabənzər vəzinin yaranma ehtimalı, kişilərə nisbətən iki dəfə yarım çoxdur. Hesab edilir ki, buna səbəb qadınlarda aylıq dövr və hamiləlik zamanı ifraz edilən hormonlardır. Amma elmi cəhətdən bu nəzəriyyənin müdafiəsi üçün sübutlar çox azdır.
Qalxanabənzər vəzinin əlamətləri
Öz erkən mərhələsində, qalxanabənzər vəzinin xərçənginin ola bilsin heç bir əlaməti olmasın və ya çox az əlamətləri olsun. Qalxanabənzər vəzinin xərçənginin əsas əlaməti, boyunun qarşısında, qırtlaq çıxıntısının altında bir hissə və ya şişdir ki, bu da ağrısız olur. Bəzən boyundakı limfa düyünlərinə xəstəlik yayıla bilir və o şişə bilir. Qalxanabənzər vəzinin xərçənginin digər əlamətləri vəziyyət növbəti mərhələyə çatdıqdan sonra özünü göstərir. Bu simptomlara aşağıdakılar daxildir:
-
izah edilməyən xırıltı
-
udmada çətinlik
-
nəfəsalmada çətinlik
-
boynunuzda ağrı
Əgər sizin boyununuzun önündə şişkinlik və ya böyük bir hissə yaranarsa onda siz həmişə Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş və Boyun Şöbəsinə müraciət etməlisiniz.
Qalxanabənzər Vəzinin Böyüməsi (Qoiter)
Qoiter böyümüş qalxanabənzər vəzidir. Qalxanabənzər vəzi böyüməsinə səbəb onun daxilində bir və ya bir neçə şişlərdir (düyünlərdir). Qeyri-xərçəng tipli qoiterlər adətən qalxanabənzər vəzinin digər daha az ciddi problemləri vasitəsilə yaranır, məsələn, qalxanabənzər vəzi:
-
həddən artıq triiodotironin (T3) və tiroksin (T4) hormonları ifraz edir – buna qalxanabənzər vəzin həddən çox aktivliyi və ya hipertiroidizm deyilir.
-
kifayət qədər T3 və T4 hormonları ifraz etmir – buna həddən zəif qalxanabənzər vəzi və ya hipotiroidizm də deyilir
Qalxanabənzər Vəzin Qan Analizi
Boyunda şişmənin ən geniş yayılmış səbəbi ya həddən artıq aktiv qalxanabənzər vəzi (hipertiroidizm) və ya həddən az aktiv qalxanabənzər vəzidir (hipotiroidizm). Qalxanabənzər vəzin analizi bu vəziyyəti təsdiqləməyə və ya təkzib etməyə imkan verir. Qalxanabənzər vəzin analizi qandakı müəyyən hormonların miqdarını ölçür (Adətən T3, T4, TSH, Anti-TPO, Anti-TG hormonarını)
Ultrasəs müayinəsi
Ultrasəs analizi sizin boynunuzun içində olan, düyün və residiv xərçəng kimi, dəyişikləri və qusurları aşkar etmək üçün çox əlverişli üsuldur. Ultrasəslə həmçinin, düyünlərin böyüməyinə də nəzarət etmək olur.
Residiv
Qalxanabənzər vəzinin xərçəngi tarixçəsinə malik adamların təqribən 5-20%-də xərçəng hüceyrələri olur. Adamların təxminən 10-15%-də xərçəng hüceyrələri bədənin digər yerlərində, məsələn sümüklərdə qayıdır. Qalxanabənzər vəzinin xərçəngini erkən mərhələdə aşkar etmək üçün diaqnozu qoyulmalıdır.
Perspektivi
Papillyar və follikulyar xərçənglər gec inkişaf etməyə meyllidirlər və onlar üçün müalicə və yaxşı proqnoz qoymaq nisbətən asandır.
Qalxanabənzər vəzinin medullyar xərçəngini sağaltmaq daha çətindir. Bu tip qalxanabənzər vəzinin xərçəngi yod müalicəsinə reaksiya vermir.
Öz aqressiv təbiətinə görə, qalxanabənzər vəzinin anaplastik xərçənginin perspektivi çox pisdir. Hər on nəfərdən birindən də azı diaqnoz qoyulandan sonra ən azı 5 il yaşayır ki, burada da orta ömür səkkiz aydır.
Qalxanabənzər vəzinin xərçənginin müalicəsi
-
sizin qalxanabənzər vəzinizin çıxarılması üçün cərrahiyyə əməliyyatı (tiroidektomiya)
-
radioaktiv-yod müalicəsi adlanan radioterapiya, hər hansı qalıq xərçəng hüceyrələrini məhv etmək və qalxanabənzər vəzinin xərçənginin geri qayıtmasının qarşısını almaq üçün nəzərdə tutulub
Əvəzedici hormon terapiyası
Radioaktiv yod müalicəsi başa çatdıqdan sonra sizə, tiroksin adlanan alternativ hormon həbi yazılacaqdır ki, bunu da çox adamlara gündə bir dəfə atmaq lazımdır. Sizin düzgün hormon miqdarı qəbul etdiyinizi və habelə dozanızın düzəliş edilməsinə ehtiyacı müəyyənləşdirmək üçün sizə mütəmadi olaraq qan analizləri vermək lazımdır.
Kalsiumun səviyyələri
Bəzi hallarda, paraqalxanabənzər vəzilərə cərrahiyə zamanı ziyan dəyə bilər. Paraqalxanabənzər vəzilər qalxanabənzər vəziyə yaxın yerləşir və sizin qanınızda kalsiumun səviyyəsini tənzimləməyə kömək edir. Əfər sizin paraqalxanabənzər vəzilərinizə cərrahiyə əməliyyatı zamanı zərər dəyibsə, sizin kalsium səviyyəniz enə bilər ki, bu da sizin əllərinizdə, barmaqlarınızda, dodaqlarınızda və burnunuzun ətrafında sancma hissi yarada bilər. Bu simptomlar barədə siz öz həkiminizə bildirməlisiniz, çünki, ola bilər sizə kalsium əlavəsi qəbul etmək lazım gəlsin.
Radioaktiv yod müalicəsi
Qalxanabənzər vəzinin əməliyyat edilməsi və xərçəngin təsdiqindən sonra, radioaktiv yod müalicə kursunun aparılması tövsiyyə edilir. Bu sizin bədəninizdə olan hər hansı qalıq xərçəng hüceyrələrinin məhv edilməsi və xərçəngin təkrar qayıtmasının qarşısının alınmasına yardım edəcəkdir. Siz Tiroksini ən azı 4 həftəyədək qəbul etməməlisiniz, və müalicənin müvəffəqiyyətli olması üçün TSH-nin səviyyəsi ən azı 30-dan yüksək olmalıdır.
Pəhriz tövsiyyələri
Radioaktiv yod müalicəsi qəbul edərkən, sizə az yodlu pəhriz lazım olacaq. Tövsiyyə edilir ki, siz:
-
bütün dəniz qidalarından imtina edəsiniz
-
yediyiniz süd məhsullarını məhdudlaşdırasınız
-
öskürək əleyhinə dərmanlar və ya dəniz duzlarında istifadə etməyəsiniz, belə ki, onların hər ikisinin tərkibində yod vardır
Çoxlu ət, balıq və tərəvəz, pasta və düyü yeyin. Onların hamısının tərkibində yod azdır.
Qalxanabənzər vəzi tənəffüs borusunun hər iki tərəfində yerləşən iki dilimdən ibarətdir. Onun əsas funksiyası hormonlar ifraz etməkdir.
Qalxanabənzər vəzi üç növ hormon ifraz edir. Onlar aşağıdakılardır:
- triiodotironin, T3 kimi tanınır
- tiroksin, T4 kimi tanınır
- kalsitonin