top of page

Çənəaltı vəzinin adenoması


 

Ağız boşluğunun selikli qişasını nəmləndirən maye - ağız suyu ağız suyu vəziləri tərəfindən hazırlanır.

Ağız suyunun tərkibində olan fermentlər qidanın həzm olunması prosesini başladır. Həmçinin, ağız suyunun tərkibindəmövcud olan antitellər və digər maddələrağız boşluğun və udlağıninfeksiyalarının qarşısının alınmasında kömək edir. Ağız suyu vəziləri 2 qrupa bölünür: böyük ağız suyu vəziləri və kiçik ağız suyu vəziləri.

 Üzün hər bir tərəfində 3 böyük ağız suyu vəzisi yerləşir:
 

  • Qulaqaltı ağız suyuvəziləri - ən böyük ağız suyu vəziləri olub, qulaqların önündə yerləşirlər. Ağız suyu vəzilərinin10 şişindən 7-si qulaqaltı vəzidənbaşlayır. Bu şişlərin əksəriyyəti xoşxassəli olsalar da (xərçəng olmayan), lakin ağız suyu vəzilərinin bədxassəli şişləri (xərçəng)qulaqaltı vəzidən başlayır.

  • Çənəaltı ağız suyu vəziləri - kiçik vəzilər olmaqla, çənənin altında yerləşirlər. Bu vəzilərdilin altında ağız suyunu ifraz edirlər. Hər 10 şişdən təqribən 1-i və ya 2-si bu vəzilərdən başlayır. Həmin şişlərin təqribən yarısı isə bədxassəli (xərçəng) olur.

  • Dilaltı ağız suyu vəziləri- ən kiçik tüpürcək vəziləri olub, ağız boşluğunun dibində və dilin hər bir tərəfində yerləşirlər. Bu vəzilərdən nadir hallarda şiş başlayır.
     

Ağız suyu vəzilərinin şişlərinin əksəriyyəti xoşxassəlidir, yəni xərçəng deyil və bədənin digər hissələrinə yayılmırlar. Bu şişlər demək olar ki heç zaman həyati təhlükə törətmirlər. Xoşxassəli şişlər demək olar ki həmişə cərrahi əməliyyat vasitəsilə müalicə olunurlar. Çox nadir hallarda bu şişlər uzun müddət müalicə olunmadıqda və ya onkoloji sahədən kənar bir cərrah tərəfindən tam şəkildə kəsilib götürülmədikdə xərçəngə çevrilə bilərlər. Əksər hallarda ağız suyu vəzilərinin xərçənginin əsas müalicə üsulu cərrahi üsul sayılır.

bottom of page