Qulaqalti vəzin adenoması
Ağız boşluğunun selikli qişasınınəmləndirən maye - ağız suyu ağız suyu vəziləri tərəfindən hazırlanır. Ağız suyunun tərkibində olan fermentlər qidanın həzm olunması prosesini başladır. Həmçinin, ağız suyunun tərkibindəmövcud olan antitellər və digər maddələrağız boşluğun və udlağıninfeksiyalarının qarşısının alınmasında kömək edir. Ağız suyu vəziləri 2 qrupa bölünür: böyük ağız suyu vəziləri və kiçik ağız suyu vəziləri.
Üzün hər bir tərəfində 3 böyük ağız suyu vəzisi yerləşir:
-
Qulaqaltı ağız suyuvəziləri - ən böyük ağız suyu vəziləri olub, qulaqların önündə yerləşirlər. Ağız suyu vəzilərinin10 şişindən 7-si qulaqaltı vəzidənbaşlayır. Bu şişlərin əksəriyyəti xoşxassəli olsalar da (xərçəng olmayan), lakin ağız suyu vəzilərinin bədxassəli şişləri (xərçəng)qulaqaltı vəzidən başlayır.
-
Çənəaltı ağız suyu vəziləri - kiçik vəzilər olmaqla, çənənin altında yerləşirlər. Bu vəzilərdilin altında ağız suyunu ifraz edirlər. Hər 10 şişdən təqribən 1-i və ya 2-si bu vəzilərdən başlayır. Həmin şişlərin təqribən yarısı isə bədxassəli (xərçəng) olur.
-
Dilaltı ağız suyu vəziləri - ən kiçik tüpürcək vəziləri olub, ağız boşluğunun dibində və dilin hər bir tərəfində yerləşirlər. Bu vəzilərdən nadir hallarda şiş başlayır.
Ağız suyu vəzilərininşişlərinin əksəriyyəti xoşxassəlidir, yəni xərçəng deyil və bədənin digər hissələrinə yayılmırlar. Bu şişlər demək olar ki heç zaman həyati təhlükə törətmirlər. Xoşxassəli şişlər demək olar ki həmişə cərrahi əməliyyat vasitəsilə müalicə olunurlar. Çox nadir hallarda bu şişlər uzun müddət müalicə olunmadıqda və ya onkoloji sahədən kənar cərrah tərəfindən tam şəkildə kəsilib götürülmədikdə xərçəngə çevrilə bilərlər.
Əksər hallarda ağız suyu vəzilərinin xərçənginin əsas müalicə üsulu cərrahi üsul sayılır.
Ağız suyu vəzilərinin əksər şişləri qulaqaltı vəzidə rast gəlinir. Qulaqaltı vəzidə cərrahi əməliyyatı fəsadlaşdıran əsas səbəb odur ki, üzün eyni hissəsində hərəkəti idarə edən üz sinirininqulaqaltı vəzidən keçməsidir.Bu əməliyyatlarda cərrahi kəsik qulağın önündə dəridənboyuna qədər uzana bilər. Qulaqaltı vəzilərin şişlərinin əksəriyyəti vəzin xarici hissəsindən, yəni səthi payından başlayır. Bu şişləri yalnız həmin səthi payı kəsib götürməklə müalicə etmək mümkündür. Bu əməliyyatın adı səthi parotidektomiya adlanır. Bu əməliyyat zamanı üz sinirizədələnmədiyinə görə, üzün hərəkətliliyində fəsad yaranmır.
Əgər xərçəng daha dərində yerləşən toxumalara yayılıbsa, cərrah vəzini bütövlükdəkəsib çıxarır. Bu əməliyyat tam parotidektomiyaadlanır. Əgər xərçəng üz sinirinədək inkişaf edibsə, o zaman üz siniri də kəsilib götürülməlidir. Xərçəng qulaqaltı vəziyə yaxın yerləşən digər toxumalara doğru inkişaf edibsə, həmin toxumaların da çıxarılmasına ehtiyac yarana bilər.
Əgər əməliyyat zamanı üz siniri zədələnərsə, xəstənin üzündə cərrahiyyə əməliyyat aparılan tərəfdə üz əzələlərinin hərəkətliliyi itirilə bilər. Üzün həmin tərəfidüşə bilər. Əgər üz sinirinin zədələnməsi əməliyyat zamanı sinirin geri çəkilməsi (dartılması) və ya əməliyyatdan sonra yarananşişkinliklə əlaqəlidirsə,bu zədələnmə müvəqqəti xarakterli ola bilər.