top of page

Paratiroid adenoması

Sizin paratiroid vəziniz dörd, çox kiçik vəzilərdən ibarət olmaqla qalxanvari vəzin yanında, arxasında yerləşir və paratiroid hormonu (PTH) ifraz edir. Bu hormon sizin bədəninizdə kalsium və fosfor miqdarını tənzimləyir.

Paratiroid adenoması belə vəzilər arasında xoşxassəli şiş hesab olunur. Zədələnmiş vəzi normadan artıq PTH ifraz etdiyinə görə, bədəndə olan kalsium və fosfor balansının pozulmasına səbəb olur. Bu vəziyyət hiperparatiroidizm adlanır. 

 
Simptomları

Sizdə belə bir hal olduğu halda heç bir simptomun olmaması yaxşı haldır. Əksər insanlar başqa bir problem üçün qan testi verdikdə bu şişlərin olduğunu aşkar edir. Bu şişlər hiperparatiroidizmə gətirib çıxarır. Faktiki olaraq, şişlər bu xəstəliyin yaranmasının ən əsas səbəbidir. Bu şişlər ilə əlaqədar yaranan hiperparatiroid kalsium səviyyəsinə təsir etdiyinə görə sümüklərinizlə bağlı problemlərə səbəb olur. Sümükləriniz zərif, kövrək və ya ağrılı olur. Sınmalar da ola bilər.

 

Bu simptomlara əlavə olaraq, sizdə ümumi və ya qeyri-spesifik simptomlar da ola bilər:

  • Depressiya, süstlük və ya başgicəllənməsi kimi psixoloji dəyişikliklər

  • Ürəkbulanması

  • Qusma

  • Əzələlərdə və ya qarında ağrı
     

Diaqnostikası
 

Bu şişlər bədənin həddindən artıq PTH istehsal etməsinə səbəb olduğu üçün həkiminiz bu hormona görə qan səviyyənizi yoxlayacaq. Əgər bu hormonlar yüksək olarsa, həkim hesab edir ki, bu xəstəlik var.
 

Müalicə
 

Adətən şiş cərrahi əməliyyatla götürülür.

bottom of page