top of page

Limfoma immun sistemin hüceyrələri olan limfositlərdə başlayan xərçəng növüdür. Digər xərçəng növləri kimi, limfoma da limfositlərin nəzarətsiz hüceyrə artımı və çoxalması vəziyyətində baş verir.
 

Limfositlər ağ qan çısımcikləri olub bütün bədən boyunca limfa adlanan mayenin içində dövr edirlər.
 

Limfatik systemin işi – orqanizmdə infeksiyalara və habelə istənilən təhlükə mənbəyinə qarşı mübarizə aparmaqdır.

İki əsas limfosit növü mövcuddur: B-hüceyrələr və T-hüceyrələr. Onların hər ikisi infeksiyaları və anormal hüceyrələri aşkar edərək məhv etmək üçün yaranmışdır.
 

Limfoma o zaman baş verir ki, B və T hüceyrəsi, limfositi çevrilərək nəzarətsiz şəkildə artmağa və çoxalmağa başlayır.

Əgər anormal limfositlər bir limfa düyünündən digərinə və ya digər orqanlara keçərsə, onda xərçəng yayıla və metastaz verə bilər. Limfoma bədənin müxtəlif yerlərində, o cümlədən, limfa düyünlərində, dalaqda, sümük iliyində, qanda və ya digər orqanlarda inkişaf edə bilər.
 

Iki növ limfoma mövcuddur: Hodgkin limfoma (HL, Hodgkin's xəstəliyi də adlandırılır) və qeyri-Hodgkin limfoma (NHL). Həm HL, həm də NHL eyni yerdə baş verə bilər və oxşar əlamətlərə malik ola bilər. Onların fərqi mikroskopik səviyyədə görünür.
 

Hodgkin limfoma B-hüceyrələrinin xüsusi anormal mənbəyindən yaranır. HL-nin beş növ altnövləri mövcuddur. NHL isə anormal B və ya T hüceyrələrindən yaranır, və onun 30 altnövü unikal, genetik markerlə  fərqləndirilir. ABŞ-da hər il, 54,000 insana NHL diaqnozu, 7,000 nəfərə isə HL diaqnozu qoyulur. Bu ABŞ-da ən geniş yayılmış qan xərçəngidir. Avropa Şurasında isə hər il 50,000 NHL xərçəngi müşahidə edilir.
 

Səbəblər
 

Xərçəng son nəticədə, hüceyrələrin nəzarətsiz artması və ölməməsi ucbatında yaranır.

Genetikası

Limfoma ailə üzvündən irsi olaraq əldə edilmiş genetik meylliliyin nəticəsi kimi ortaya çıxa bilər.

 

Digər tibbi amillər
 

Biz yaşlaşdıqca, bizim DNT-də xərçəng yaradan mümkün mutasiyaların sayı artır. Biz yaşlaşdıqca NHL riski artır və HL 16-34 və 55 yaş və daha çox intervallarında daha çox rast gəlinir. Yüksək limpoma əmsalı ilə əlaqəli digər tibbi vəziyyətlərə, HİV infeksiyası, insanın 1-ci növlü T-limfasitar virusu (HTLV-1), Epşteyn-Barr virusu, Helikobakter pylori və ya hepatit B və ya C; avtoimmun xəstəliyi (məsələn lupus); müalicəsi immun sistemini sıxışdırmağı tələb edən  xəstəliklər; və digər istənilən immunçatışmazlıq xəstəlikləri aiddir.
 

Geniş yayılmış əlamətlər aşağıdakılardır:
 

•  Ağrılı və ya ağrısız olan limfa düyünlərinin şişməsi
•  Hərarət
•  İzah olunmayan çəki artımı
•  Tərləmə (çox vaxt gecələr)
•  Titrətmə
•  Enerjinin olmaması
•  Qaşınma
 

Diaqnoz

 

Limfomaya diaqnoz qoymaq üçün, həkimlər tam fiziki nümunə və habelə fərdi və ailə tarixçəsini tələb edirlər və xərçəng diaqnozu qoymaq üçün yeganə mütləq üsul şiş nümunəsini kəsib götürərək ona mikroskop altında biopsiya prseduru adlanan yolla baxmaqdır.
 

Qan hüceyrələri, böyrəklər və qara ciyərin fəaliyyətini yoxlamaq üçün qan analizindən istifadə edilir. Onlar həmçinin laktaza hidrogenez (LDH) adlanan kimyəvi maddəni aşkar edə bilərlər ki, onun da yüksək səviyyəsi aqressiv NHL-lə əlaqədar olur.
 

Ümumi təsvir analizləri aşağıdakılardır:
 

•  Rentqen

•  Kompyuter tomoqrafiyası (CT) yoxlaması

•  Magnit rezonans təsviri (MRI)

•  Pozitron emisiyası tomoqrafiyası (PET) yoxlaması
 

Diaqnoz qoyulduqdan sonra, həkimlər xərçəngin nə vaxtdan yayıldığını və xərçəngin mərhələsini təyin etmək üçün analizin nəticəsini təhlil edirlər. Mərhələ onkoloqlara seçilə biləsi hansı müalicələrin olduğu barədə biliklər verir və Kimyaterapiya və Radioterapiya müalicələrindən sonra hansı proqnozlar ola biləcəyi barədə məlumatlarla təchiz edir. 

Limfoma 

bottom of page