top of page

BHX dərinin bazal hüceyrələrində baş verən anormal, idarə olunmayan artım və ya patoloji dəyişiklikdir ki, bu da epidermanın ən dərin qatında  olur (dərinin ən uzaq qatı). BHX-lar çox vaxt açıq yaralara, qırmızı xallara, çəhrayı şişlərə, parıldayan qabara və ya çapığa bənzəyirlər. Əgər imkan verilərsə, adətən UB-nin toplanan təsiri və güclü, təsadüfi UB təsirinin birgə kombinasiyası ilə, BHX yüksək dərəcədə eybəcərləşmiş vəziyyətə düşə bilir, amma heç vaxt ilkin şiş sahəsindən kənara yayılmır (metastaz vermir). Yalnız çox təsadüfi hallarda NHX bədənin digər hissələrinə yayılaraq həyat üçün təhlükə kəsb edə bilər.
 

BHX, bəzən psoriaz və ekzema kimi qeyri-xərçəng dəri vəziyyətlərinə də bənzəyir. Davamlı, sağalmayan, yara ilkin BHX-nin ən çox nəzərə çarpan ümumi cəhətidir.

                                                             
                                                                          

 

 

                                                             

 

 

                                                             

 

                                                             
                                                                             

 

 

 

 

 

                                                                            

 

 

 

 

 

                                                               
                                                                           

 

 

 

 

 

 

                                                                         

 

 

 

                                                               
                                                                      

 

 

 

 



 

 

 

 

 

 

Yalnız təlim keçmiş həkim, məsələn Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş və Boyun Şöbəsi, sözsüz ki, qərar verə bilər. Əgər siz hər hansı xəbərdaredici əlaməti müşahidə etsəniz, və ya dəridə hər hansı narahatlıq yaradan dəyişiklik görsəniz, onda Azərbaycanın Milli Onkologiya Mərkəzində həkimlə dərhal məsləhətləşin.

BHX-lər öz erkən mərhələlərində asanlıqla müalicə olunurlar. Şiş nə qədər çox böyüyərsə, bir o qədər də daha uzunmüddətli müalicəyə ehtiyac olur.
 

 

Residivləşmə Riski 

 

Bir BHX-si olan şəxslər, bir neçə il ərzində bədənin həmin yerində və ya digər yerində yeni BHX-nin yaranması riski ilə qarşı-qarşıyadır. Ona görə də, bir qayda olaraq, mütəmadi şəkildə dermatoloqa getmək lazımdır ki, o nəinki əvvəlki müalicə edilmiş sahəni, həmçinin, dərinin bütün səthini yoxlasın.

Başin dərisində və ya burunda olan, səciyyəvi olaraq ilk iki il ərzində residiv verən və cərrahiyyə müdaxiləsinə məruz qalan BHX-lər, xüsusilə əziyyətverici olur.

Nə qədər ki, BHX-lər və digər dəri xərçəngləri demək olar ki, həmişə müalicə edilə biləndir, onların erkən olaraq aşkar edilməsi və müalicəsi onların ilkin mərhələdə qarşısının alınması üçün ən yaxşı üsuldur. Aşağıdakı, günəş təhlükəsizliyi vərdişlərini özünüzün gündəlik sağlamlığınızın qorunmasında qayda-qanun halına salın:

  • Kölgə axtarın, ələlxsus da gündüz saat 10:00-4:00 arası vaxtlarda.

  • Günəşdə yanmayın.

  • Günəş altında və solariyada qaralmaqdan imtina edin.

  • Üstünüzü paltarla örtün, o cümlədən yanları enli şlyapa və UB blokirovkalı günəş eynəyi vasitəsilə qorunun.

  • Geniş spektrli, 15 və ya daha yüksək SPF-li (UVA/UVB) günəş qoruyucularından hər gün istifadə edin. Uzun sürən çöl işləri üçün, suya-davamlı, geniş spektrli, 30 və ya daha yüksək SPF-li (UVA/UVB) günəş qoruyucularından istifadə edin.

  • Yeni doğulmuş uşaqları günəşdən qoruyun. Altı ayı tamam olmuş uşaqlara günəş qoruyucuları istifadə edilməlidir.

  • Hər ay öz dərinizi təpədən-dırnağadək yoxlayın.

  • Peşəkar dəri yoxlaması üçün ildə bir dəfə öz həkiminizə müraciət edin.

  • Həkim yoxladıqdan sorna, BHX barədə diaqnoz biopsiya ilə təsdiqlənir. Bu prosedur zamanı, dəri əvvəlcə yerli anesteziya ilə keyidilir. Toxumanın bir hissəsi götürülür, labaratoriyada, mikroskop altında analız edilərək dəqiq diaqnoz təyin edilmək üçün götürülür. Əgər şiş hüceyrələri olarsa onda cərrahiyyə tələb olunur. 

     

Eksizion Cərrahiyyə
 

Lokal anesteziya ilə sahə keyidildikdən sonra, həkim təhlükəsizlik zolağı olan normal dəri sərhəddi boyunca, bütün şiş hissəni skalpellə götürür. 


Radiasiya
 

Cərrrahiyəyə və ya anesteziyaya heç bir ehtiyac olmadan, rentgen şüaları şiş üzərinə yönəldilir. Tam məhv edilmə üçün, ümumiyyətlə, həftədə bir neçə müalicə kursu olmaqla bir neçə həftə tələb edilir. Cərrahiyə üçün çətin şişlər üçün, qocalar və ya sağlamlıq durumu pis olan xəstələr üçün radiasiya istifadə edilə bilər. 

 

Bazal Hüceyrə Xərçəngi (BHX) 

Şək.1. Qanayan, axan və ya qabıq verən açıq yara, bir neçə həftə açıq qaldıqdan sonra artaraq yenə qanayır.

Şək.2. Qırmızımtıl xal və ya qıcıqlanmış sahə, çox vaxt üzdə, çənədə, çiyində, qollarda və ya ayaqlarda yaranır. Bəzən, xal qabıq verir, və ola bilsin qaşına da bilər. Digər vaxtlarda, o hiss edilməyən rahatsızlıq yaratmaqla qalmaqda davam edir.

Şək.3. Parıldayan qabar və ya şiş, mirvari kimi və ya yarımşəffafdır, çox 

vaxt çəhrayı, qırmızı və ya ağ rəngdə olur. Qabar, sarı-şabalıdı, qara və ya xurmayı rəng ola bilər və ələlxsus da, qara saçlı adamlarda, xalla dəyişik

salına bilər.

Şək.4. Yüngülcə qalxmış yumru sərhədli və mərkəzdə qabıqlı dişciyi olan       çəhrayı şiş. Şiş yavaş-yavaş böyüdükcə, onun səthində xırda qan damarları yayıla bilər.

Şək.5. Çapığabənzər sahə ağ, sarı, və ya mum rəngdədir və çox vaxt pis seçilən sərhədlərə malik olur; dəri özü parıltılı və tarım olur. Bu xəbərdarlıq işarəsi aqressiv BHX-nin olmasından xəbər verir ki, bu da səthdə görünəndən xeyli çox ola bilər.

bottom of page