top of page

Limfangioma

Limfangioma həyati təhlükə yaratmayan (əgər döldə rast gəlinməsə) nadiranadangəlmə haldır. Limfangiomalar limfa sistemindəki tutqunluq nəticəsində maye yığılırki, bu özünü dərialtında sarımtıl və ya qırmızımtıl içi dolu mayeli qabarcıq və ya qabarcıqlar qrupu kimi büruzə verir.
 

Limfangiomalara, əsasən, iki yaşından kiçik uşaqlarda rast gəlinir və bir çoxuna ana bətnində diaqnoz qoyulur. Onlar bədənin istənilən yerində əmələ gələ bilərlər, lakin 90%-ı baş və boyun nahiyələrində rast gəlinir. Onlar kütlə şəklində mövcud olurlar və xoşxassəlidirlər. Limfangiomalar nadir hallarda tibbi təhlükə yaratdıqları üçün onların kəsilib çıxarılması, adətən, kosmetik məqsədlərlə aparılır.
 

Limfangiomaların aşağıdakı formaları vardır:
 

Kapilyar limfangioma – Bu limfangiomaları epidermisdə rast gəlinən kiçik limfa damarları yaradır.
 

Kistoz limfangioma – Bunlar maye ilə dolu böyük kütlələrdir.
 

Kavernoz limfangioma – Kavernozlimfangiomalar genişlənmiş limfa kanallarından ibarət olurlar. Bu limfangiomalarətrafda olan toxumalara sirayətedə bilərlər.
 

Əlamət və simptomları
 

Kapilyar limfangioma dəri səthində müxtəlif ölçülü yarımşəffaf, qabara bənzər strukturdan və ya strukturlar qrupundan ibarətdir. Rəngləri, adətən, çəhrayıdan tünd qırmızıyadək olur.
 

Kavernozlimfangiomalar bir-birindən çox fərqlənirlər: onlar diametri bir neçə santimetrdən bir neçə santimetrə kimi olurlar. Bəzən onlar hətta bütün ətrafa (məsələn, əl və ya ayaq) təsir edə bilirlər. Onlar adətən ağrısız olsalar da, həmin nahiyəyə təzyiq düşdükdə xəstəyüngül ağrı hiss edə bilər.
 

Kistozlimfangiomalar, adətən, kavernozlimfangiomalardan daha yumşaq konsistensiyaya malik olurlar və bu termin, adətən, döldə inkişaf edən limfangiomalara xasdır.   

 

Səbəblər və risk faktorları
 

Limfangiomanın bilavasitə səbəbi döl inkişaf etdikcə limfa sisteminin tutulmasıdır, baxmayaraq ki, simptomlar dölün doğulmasından sonra başlaya bilər. Bu tutulmanın səbəbi, bir sıra faktorlar, o cümlədən hamiləlik zamanı ananın alkoqoldan istifadəsi və hamiləlik müddətində keçirtdiyi virus infeksiyaları nəticəsində ortaya çıxdığı hesab edilir.   
 

Diaqnoz
 

Qeyd edildiyi kimi, limfangiomanıultrasəs müayinəsi ilə aşkar etmək olar. Limfangiomanın dəqiq diaqnozunu hüceyrələrə mikroskop altında baxmaqla qoymaq olar. MRT-müayinəsi bəzən limfangiomanıninkişaf dərəcəsini təyin etməkdə kömək ola bilər. 
 

Müalicə
 

Limfangiomanın əsas müalicəsi cərrahi yolla tam şəkildə kəsilib götürülməsidir. Əməliyyat zamanı əksər hallarda ətraf toxumalar da götürülür və bu səbəbdən limfangiomlarda residiv hallara rast gəlinir.Lakin,limfangiomalar xoşxassəli olduqları üçünonların proqnozu da adətən yaxşı olur.

bottom of page